Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın hərbi bazası atəşə tutulub-xəsarət alanlar var

 

 

İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub.

Yenixeber.org: Bu barədə RİA “Novosti” hərbi mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, İraqın şimalındakı Salah-ed-Din vilayətində yerləşən bazanın atəşə tutulması nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.

"Naməlum istiqamətdən Salah-ed-Din vilayətindəki “Balad” bazasına “Katyuşa"nın beş reaktiv mərminin düşməsi İraqın Hərbi Hava Qüvvələrinin dörd hərbi qulluqçusunun yaralanmasına gətirib çıxardı. Onların arasında iki zabit var", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, son günlər baza son günlər 3-cü dəfədir atəşə məruz qalır. Bir neçə gün əvvəl də "Balad" aviabazası yaxınlığında raket düşüb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam