Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Stoltenberqlə Tramp telefonla danışıb

NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Tramp telefon əlaqəsi vasitəsilə Yaxın Şərqdəki vəziyyəti, regiondakı situasiyanı və NATO-nun rolunu müzakirə ediblər.

Yenixeber.org: “İnterfax” bildirir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının Brüsseldə yerləşən mətbuat xidmətindən məlumat verilib.

“ABŞ Prezidenti Baş katibdən Yaxın Şərqdəki proseslərdə daha yaxından iştirak etməsini istəyib. Onlar NATO-nun regional sabitliyə və beynəlxalq terrorizmə daha böyük töhfə verə biləcəyinə dair razılığa gəliblər. Tərəflər bu məsələlərdə daha sıx əlaqə saxlamağın vacibliyini vurğulayıblar”, - təşkilatdan verilən rəsmi açıqlamada qeyd olunur.

Xatırladaq ki, ötən gün NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.

O, İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyərək, bu ölkəni növbəti zorakı addımlardan çəkinməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam