Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Obyektiv şəkildə müşahidə missiyasını həyata keçirəcəyik" - Teyler

"Obyektiv şəkildə müşahidə missiyasını həyata keçirəcəyik" - Teyler
Biz yalnız seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlmişik. Növbədənkənar parlament seçkiləri ATƏT DTİHB-nin tövsiyə etdiyi öhdəliklərə uyğun keçirilib-keçirilmədiyi seçki müşahidə missiyası tərəfindən qiymətləndiriləcək.
Yenixeber.orgBunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Piter Teyler mətbuat konfransında deyib. O bildirib ki, bütün üzv dövlətlərdə eyni seçki metodologiyası tətbiq edilir, proses eyni standartlara uyğun qiymətləndirilir.

“Seçki prosesinin bütün aspektlərinə, namizədlərin qeydiyyatı, seçkiöncəsi kampaniya, media ilə bağlı vəziyyət, seçki adminstrasiyalarının fəaliyyəti və əlbəttə ki, seçki günü baş verənlərə diqqət edəcəyik. Namizədlərlə, partiyalaların nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərimiz olacaq.

Biz obyektiv, qərəzsiz şəkildə müşahidə missiyasını həyata keçirəcəyik. İşimizi tam olaraq faktlara yönəldəcəyik. Əsas heyətin və müşahidəçilərin təqdim etdikləri faktlar əsasında hesabatımızı hazırlayacayıq. Bizim rolumuz sırf seçki prosesini müşahidə etməkdir, heç bir halda prosedurlara müdaxilə etməyəcəyik, şərh də verməyəcəyik. Şərhimiz yalnız seçkidən sonra olacaq”, deyə Teyler əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam