Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Rusiyanı böyük faciədən qurtardı-Putin Trampa təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tamp arasında telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, V.Putin amerikalı həmkarına Rusiyada terror aktlarının qarşısını almağa kömək edən informasiyaya görə təşəkkürünü bildirib. İnformasiya xüsusi xidmət orqanlarının xətti ilə verilib.

Rusiya və ABŞ liderləri həmçinin qarşılıqlı maraq doğuran kompleks məsələləri müzakirə ediblər. Terrorla mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Bu arada RİA-Novosti həmin informasiyaya əsasən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sankt-Peterburqda Yeni il şənlikləri zamanı insanların sıx toplaşdığı ərazidə terakt həyata keçirməyi planlaşdıran 2 nəfəri yaxaladığı barədə məlumat yayıb.

Qeyd olunur ki, Rusiya İstintaq Komitəsi “Cinayətə hazırlıq”, “Terrorizm” və “Terror qruplaşmasının tərkibində iştirak etmək” maddələri ilə cinayət işi başladıb.

Saxlanılan şəxslər Rusiya vətəndaşlarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam