Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran Naxçıvana yeni konsul təyin etdi

 

İran İslam Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yeni baş konsulu təyin edilib. 

 

"Xeberinfo.com":  “Azərtac”a istinadən xəbərə görə, yeni baş konsul Mənsur Ayrım bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Baş konsul deyib ki, ötən il ərzində Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi üçün mühüm zəmin yaradıb. Bundan başqa, 2014-cü ilin avqust ayında İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının Bakıda keçirilmiş iclasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin artırılması məsələsi nəzərdən keçirilib ki, bu da yaxın gələcəkdə birgə iqtisadi layihələrin reallaşmasına imkan yaradıb.

Əlaqələrin inkişafının xalqların mənafelərinə uyğun olduğunu deyən Mənsur Ayrım ümid etdiyini bildirib ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə əməkdaşlıq həyata keçirərək qarşılıqlı maraqlarımızın təmin olunmasını təşkil edəcək.

Mənsur Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam