Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Zelenski Fəxri və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Zelenski Fəxri və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yenixeber.org: Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenski Şəhidlər xiyabanını da ziyarət edib. Burada Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Vladimir Zelenski Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam