Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kadırov Paşinyanın düşmənini dəstəklədi

Rusiyanın Çeçenistan Muxtar Respublikasının başçısı Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı yubileyi münasibətilə təbrik edib.

Yenixeber.org: Çeçen lider bu barədə İnstaqram hesabında yazıb.

Vanetsyanla fotosunu paylaşan Kadırov qeyd edib.

“Bu gün qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gənc olmasına baxmayaraq, Artur Vanetsyan general rütbəsinə yüksəlib, əla təhsil alıb. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram”, - deyə R. Kadırov əlavə edib.

Artur Vanetsyan bir müddət əvvəl Nikol Paşinyan hökumətini yanlış siyasət yürütməkdə və ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham edərək postundan getdiyini açıqlayıb. Rusiyada təhsil alan erməni general Kremlə yaxınlığı ilə seçilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam