Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan-Türkiyə-Qətər - birgə hərbi təlimləri keçiriləcək

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Tərəflər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir qeyd edib ki, Qətər ölkəmizin ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir. Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam