Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zəhərlənərək ölən tələbə qızın yayda toyu olacaqdı -Yeniləndi

 

Zəhərlənərək ölən tələbə qızın yayda toyu olacaqdı - Yenilənib
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında huşsuz vəziyyətdə tapılan qızlar dünən təcili tibbi yardım çağırıblar.

Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib.
“Onlara təklif edilib ki, xəstəxanaya aparılsınlar. Qızlar xəstəxanaya getməkdən imtina ediblər. Təcili tibbi yardımın kimisə zorla xəstxanaya aparmaq hüququ yoxdur”.

Qızların yüksək temperaturu olub, başları ağrıyıb. Onlara temperatura görə iynə vurulub.

Qeyd edək ki, BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib. Bu gün həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri dünyasını dəyişib. Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır.

Əldə etdiyimiz məlumata görə, əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı imiş, yayda toyu olacaqdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam