Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ və Aİ Tbilisidəki etirazçıları dəstəklədi

 

ABŞ və Aİ Tbilisidəki etirazçıları dəstəklədi
"Gürcüstan hakimiyyətini və müxalifəti böhranı aradan qaldırmaq və inamı bərpa etmək üçün ümumi yollar tapmağa çağırırıq"
 Yenixeber.org: Bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin və ABŞ səfirliyinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, ABŞ və Aİ Gürcüstanda islahatların uğursuz olması səbəbindən əhalinin böyük bir hissəsinin məyusluğundan xəbərdardır:

"Mövcud vəziyyəti nəzərə alaraq, məqbul yol tapmaq üçün hökumət, bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında dialoq yolu ilə etimadın bərpası üçün dərhal işə başlamağı zəruri sayırıq".

Qeyd olunub ki, diplomatik nümayəndəliklər dinc nümayişçilərin hüquqlarını və ifadə azadlığını tam dəstəkləyir.

“Biz bu hüquqdan istifadə edən bütün tərəfləri məsələni qanuni və Konstitusiya çərçivəsində həll etməyə, ölkənin maraqlarına uyğun davranmağa çağırırıq",- deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, ötən gün Tbilisidə müxalifət partiyaları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar hakimiyyətə üç tələb irəli sürüblər. Bunlar erkən parlament seçkiləri, seçkidən əvvəl mövcud hakimiyyətin istefası və iyun mitinqlərində tutulanların hamısının sərbəst buraxılmasıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam