Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə naziri təlimlərlə bağlı müşavirə keçirib - VİDEO+FOTO

Müdafiə naziri təlimlərlə bağlı müşavirə keçirib - VİDEO+FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.



Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib.



Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara və bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam