Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Noyabrda -Azərbaycanda dünya dini liderlərinin sammiti keçiriləcək

Noyabrda Azərbaycanda dünya dini liderlərinin sammiti keçiriləcək


"Azərbaycanda bütün dinlərə, konfessiyalara bərabər münasibət göstərilir və dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur".

Yenixeber.org:  Bunu "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusuna həsr olunan konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tarixən formalaşan dini tolerantlıq mühiti bu gün yeni mərhələyə qədəm qoyur: "Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr tutur. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgə yaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulan bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması çağırışları edilir. Noyabrda Azərbaycanda dünya dini liderlərinin sammiti keçiriləcək. Həmin konfransda yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam