Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş Prokurorluq -bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib

Baş Prokurorluq bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib
Bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar” sərlövhəli məqalədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin guya Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
Yenixeber.org: Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq orqanlarında, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Samir Musayev adlı şəxs qulluq keçmir.

Eyni zamanda, məlumatda göstərilmiş halların araşdırılması məqsədilə Nail İsmayılov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək izahatı alınıb.

Hazırda adıçəkilən şəxsin Baş İdarənin adından istifadə etməklə N.İsmayılov və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verməsi ehtimalları ilə əlaqədar araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam