Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti -bərpa olunub

Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.

Yenixeber.org: "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, məlumdur ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müvafiq cavab verilməsinə rəğmən, həmin vaxtda qanunla qadağan edilmiş yerdə - Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı.

Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyini bəyan etmiş və qeyd olunan üç stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi. Qərarın verilməsində yeganə məqsəd strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı metropoliteninin fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam