Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ötən ay evlənmək istəyən 13 nəfərdə- QİÇS aşkarlanıb

Ötən ay evlənmək istəyən 13 nəfərdə QİÇS aşkarlanıb
2019-cu ilin sentyabr ayı ərzində evlənmək istəyən 11 278 nəfər tibbi müayinədən keçib. Onlardan 340 nəfərdə talassemiya daşıyıcılığı, 70 nəfərdə sifilis, 13 nəfərdə QİÇS aşkarlanıb.
Yenixeber.org: Bu barədə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Onun sözlərinə görə, müayinədən keçən 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib:

“2019-cu ilin 9 ayı ərzində evlənmək istəyən 103 618 nəfər müayinədən keçib. Onlardan 2 653 nəfərdə talassemiya daşıyıcılığı, 212 nəfərdə sifilis, 107 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 32 olub. Ümimilikdə indiyədək 603 431 nəfər müayinədən keçib. Onlardan 20 888 nəfərdə talassemiya daşıyıcılığı, 1 940 nəfərdə sifilis, 561 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 223 olub".

Z.Əlimirzəyevanın fikrincə, bu cütülüklərə genetik konsultasiya verilir ki, hamiləlik olan kimi 12-18 həftəliyində müayinədən keçmək üçün müraciət etsinlər.

"Hamiləlik zamanı dölyanı maye götürülür, molekulyar genetik müayinə aparılır və uşağın xəstə, daşıyıcı və ya sağlam olduğu müəyyən edilir. Xəstə uşaq olanda tibbi yolla abort edilir. Bu könüllü aparılır. İndiyə qədər hamilə qadınlarda müşahidə edilən xəstə uşaqları valideynlər abort etdirib. Beləliklə, talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam