Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət bayrağının istifadəsi ilə bağlı - qaydalara dəyişiklik edilir

 

Azərbaycan Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dair tələblər dəyişilir.

Yenixeber.org: Bununla bağlı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəqiqləşdirmə xarakterli dəyişikliklər edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakrəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Dəyişikliklər müzakirələrdən sonra ikinci oxunuşda təsdiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam