Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Müdafiə Nazirliyindən növbəti açıqlama

 

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə növbəti dəfə cavab verib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhəddi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə biri-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb. acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyildir.

Düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır. Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə "neytral zonada" qalan "cəsədin" götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam