Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İş adamlarına gələn qorxulu zəng – “Quli” sahibkarlardan xərac tələb edir 

 

İş adamlarına gələn qorxulu zəng –

Yekaterinburq və Sverdlovsk vilayətində fəaliyyət göstərən azərbaycanlı iş adamlarına “Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun adamlarından “xərac” tələbilə bağlı zənglər gəlir. 

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, iş adamlarına Türkiyədən zəng vuran şəxslər bəzən özlərini “Quli”nin qardaşı Namiq Səlifov, yaxud da “qanuni oğru”nun özünə yaxın adam kimi təqdim edirlər.

Onlar “qanuni oğru” Rövşən Lənkəranskinin qətlə yetirlidiyini xatırladaraq artıq “Quli”yə xərac verməli olduqlarınl bildirirlər. Həmin şəxslər iş adamlarını təhdid etməkdən belə çəkinmirlər. 

Onlar bildirir ki, xərac verməkdən imtina edənlər artıq bəzi iş adamlarına tanış olan şəxslərlə “görüşməli” olacaqlar. “Həmin biznesmenlərin birindən 10 min dollar və maşın alınıb. Digəri isə 15 min dollar ödəməli olub”, - deyə mənbə bildirib.

Əvvəllər Sverdlovskun hüquq-mühafizə orqanları Nijni Tagildə  Rövşən Lənkəranskinin maraqlarını təmin edən reket dəstəsinə qarşı mübarizə aparırdılar. Sonradan bu dəstə tamamilə sıradan çıxarıldı.  İndi oxşar dəstə yenidən fəaliyyətə başlayıb. Bu dəfə “Quli”nin maraqları təmin olunur. 

Bu arada “Quli”yə yaxınlığı ilə seçilən kriminal avtoritet regiona gəlib. O bir müddət əvvəl silahlı münaqişəyə görə bölgəni tərk etmişdi. “Dördüncü tərəvəz anbarının sahibkarları artıq Hacıyevi yaxşı tanıyırlar. Hal-hazırda o, iş adamlarını inandırmağa çalışır ki,  “xərac” verilməldir və hələlik xoşluqla danışdığını, lakin tonunun dəyişə biləcəyini deyir”,- deyə mənbə bildirib.

Maraqlıdır ki, “Quli”nin döyüşçüləri "Komsomolskaya 73" ünvanındakı bazada yerləşən diaspor nümayəndələrindən birinin anbarında məskunlaşıblar. İş adamlarını telefon nömrələrinin “Quli”nin əlinə necə düşməsi isə bəlli deyil.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam