Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Hökumətinin sədri - Azərbaycanın Birinci vitse-prezidentinə təbrik məktubu ünvanlayıb

 

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESKO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir. Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam