Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vasif Talıbovdan daha bir qəribə sərəncam

 

Naxçıvanda dövlət orqanlarının işçiləri bundan sonra kollektiv şəklində muzeylərə gedəcək. Bu barədə Naxçıvan Muxtarv Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb.
"Xeberinfo.com":  Məlumata görə, sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasında dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu sərəncamdan irəli gələn məsələləri həll etsin”, deyə sənəddə qeyd edilir.
Vasif Talıbov “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” sərəncamı ötən il dekabrın 19-da imzalayıb. Sənəd bu günlərdə yerli mediada çap olunub.
Sənədə görə əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda 30 müxtəlif profilli muzey var.
“Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görülən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır”, Talıbovun imzaladığı sərəncamda deyilir.
1SE


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam