Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistanda qarışdı:6 polis hospitala aparıldı

 

İyulun 17-sində, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub.

Yenixeber.org: Bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıb. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.

Polis əvvəlcə canlı divar quraraq, yolda hərəkətin məhdudlaşdırılmasına əngəl olmağa çalışıb. Lakin etirazçılar müqavimət göstəriblər. Bundan sonra toqquşma başlayıb, polisə daşlar atılıb. Belə olduqda polis geri çəkilib. Yaralananlar olub. Bundan sonra yol yenidən bağlanıb. Xəsarət almış 9 polis isə hospitala aparılıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.

Vəziyyətin gərgin olması Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan da qanunsuz ağac kəsənlərin keçirdiyi aksiyaya və daha sonra baş verənlər münasibətini bildirib. “Dünən baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Paşinyan “Feysbuk” səhifəsində yazıb.

Son məlumata görə, Ermənistanın İstintaq Komitəsi baş verənlərlə bağlı cinayət işi qaldırıb, artıq 13 nəfər həbs edilib, toqquşma iştirakçısı olan daha 6 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam