Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Goranboyda silahlı insident: xəsarət alanlardan biri öldü - YENİLƏNİB

<span style=

Goranboyda silahlı insidentdə iştirak edən şəxslərdən biri ölüb. 

Yenixeber.org: Mingəçevir büromuzun məlumatına görə, gecə saatlarında Goranboyda silahlı insidentdə iştirak edən yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Ölən şəxs 1999-cu il təvəllüdlü, rayon sakini Əhmədov Təbriz Xalıq oğludur.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.

****

05:13

 

Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb. 

 Mingəçevir büromuzun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində olub. 

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. 

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam