Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kollegiya bu vəkillə anlaşdı

 

 

Vəkil Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcəyi gözlənilir.

Yenixeber.org: İyulun 11-də E.Sadıqov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Bu barədə vəkilin özü bildirib.

E.Sadıqovun sözlərinə görə, onun inzibati məsuliyyətə cəlb edilməsilə bağlı məsələ həllini tapıb.

Vəkilə bildirilib ki, intizam icraatına xitam veriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov problemin həll edildiyini təsdiqləyib.

"Vəkil Elçin Sadıqovla görüşdük. Məsələni sivil qaydada həll etdik. O, Facebook-da yazdığı statusu (intizam icraatının başlanmasına əsas omuşdu) sildi. Biz də bunu nəzərə alaraq qarşılıqlı addım atacağıq. İyulun 17-də Rəyasət Heyətinin iclasında məsələyə yenidən baxacağıq", -A. Bağırov Turan-a bildirib.

Xatırladaq ki, intizam icraatına E.Sadıqovun Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, mərhum Sərdar Qasımovla bağlı status yazması səbəb olub. Vəkil bildirmişdi ki, S.Qasımov komissiyanın qərarlarını rəhbərliyin sifarişilə hazırlayırmış.

S.Qasımovun xanımı E.Sadıqovdan şikayət etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam