Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkmənistan Prezidenti:"Azərbaycanla fəal şəkildə çalışırıq"

"Türkmənistan Azərbaycanla birlikdə Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz bölgələrinin səmərəli birləşdirilməsi üzərində fəal şəkildə çalışır".

Yenixeber.org:   Bu barədə Türkmənistan Prezident Qurbanqulu Berdıməhəmmədov Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

"Geniş məkanı əhatə edən çoxşaxəli, inteqrasiya edilmiş nəqliyyat şəbəkəsi yaradılır. Bu konfiqurasiyada MDB ölkələrinin iştirakı təbii və faydalıdır. Bu, dənizə birbaşa çıxışı olmayan MDB ölkələrinin də qanuni mənafelərinin təmin edilməsi məntiqinə uyğundur. Azərbaycanla birlikdə Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz bölgələrinin səmərəli birləşdirilməsi üzərində fəal şəkildə çalışırıq", - o deyib.

Avrasiya məkanında qarşılıqlı iqtisadi əməkdaşlıq kontekstində Xəzər dənizinin önəmli rolunu qeyd edən Türkmənistan lideri vurğulayıb ki, Xəzər dənizi yalnız sahilyanı ölkələrin deyil, həm də MDB iştirakçıları da daxil olmaqla digər ölkələrin maraqlarını birləşdirmək baxımından strateji mərkəz olmalıdır. "Türkmənistan tərəfinin bu il avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək Birinci Xəzər İqtisadi Forumunu çağırması da bununla əlaqədardır", - Q.Berdıməhəmmədov söyləyib.

Türkmənistan lideri fürsətdən istifadə edərək, MDB-nin bütün ölkələrinin nümayəndə heyətlərini foruma dəvət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam