Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdi

 

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

Yenixeber.org: Əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib. Bildirilir ki, terrorçu təşkilatın aparıcı şəxsləri bu vaxtadək Qara dəniz üzrə terror aktlarını bu qərargahda planlaşdırıblar. Həmin aktlar nəticəsində son beş ildə 11 hərbçi və 1 mülki şəxs terror qurbanı olub. Bu müddətdə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3-ü təslim olub. Terrorçulardan 9-u Daxili İşlər Nazirliyi tərəfindən axtarılıb.

Son günlər Bitlis vilayətinin Tatvan rayonunda keçirilən antiterror əməliyyatlarında isə 6 terrorçu məhv edilib.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə növbəti dəfə zərbə endiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam