Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BŞBPİ-də yeni təyinatlar

 

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.
"Xeberinfo.com":  APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 
Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. Yoxlamaların nəticəsi olaraq işdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, təhqiqat şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.
 
Yoxlamaların Daxili İşlər Nazirliyinin əsas təşkilati tədbirlər planına uyğun olaraq aparıldığı bildirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam