Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azercell-in prezidenti dəyişdirilir

 

Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq şirkəti tərk edəcəyini elan etdi. 

 

"Xeberinfo.com":  Məlumata görə,Kiril QaburiçTeliaSonera Qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara almışdır. O, 14 ilə yaxın bir zaman ərzində Qrup daxilində çalışmış, Azercell-ə qoşulmazdan əvvəl Moldcell şirkətinin prezidenti kimi fəaliyyət göstərmişdir. TeliaSonera şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti ErikHallberg qeyd edir: “Müqaviləsinin qüvvədə olma müddəti başa çatarkən Kiril Qaburiçin Qrup xaricində yeni imkanlara doğru istiqamətlənməsi ərəfəsində mən ona il ərzində sərf etdiyi bağlılıq, zaman və səylərinə görə təşəkkürümü bildirmək istərdim. Mən böyük səmimiyyətlə ona gələcəkdə böyük uğurlar arzu edirəm. ”

 Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən, şirkətin təsisçisi  tərəfindən yeni prezident təyin edilənə qədər şirkətin prezidenti vəzifələrini icra edəcəkdir. – “Mən Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi ilə təbrik edirəm. Sadiq idarəetmə komandası ilə birgə ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram.” - ErikHallberg əlavə etdi. 

Vahid Mürsəliyev 2005-ci ildə Azercell-ə qoşulmuşdur. O zamandan etibarən Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif rəhbər vəzifələri icra etmişdir. 

 2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın CaseWesternReserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini əldə etmişdir. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. 

 Teliasonera Kiril Qaburiçdən sonra Azercell-in prezidenti vəzifəsini icra edəcək namizədin axtarışını həyata keçirməyə başlayır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam