Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hərbi qulluqçumuz dəfn edildi -Foto

 Martın əvvəlində qar uçqununa düşərək həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.

Yenixeber.org:Məlumata görə, Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələri iştirakı edib.

Qeyd edək ki, 1992-ci il təvəllüldü Fərrux Məmmədov Daşkəsən rayonunda anadan olub. O, ailəli idi, 1 qız övladı yadigar qalıb.

Xatırladaq ki, 04.03.2019-cu il tarixdə, saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar. (Teleqraf.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam