Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qasırğadan ölənlərin sayı 417-yə çatdı

 

Mozambikdə ölənlərin sayı 417-yə çatdı
Afrikanın cənub-şərqində saatda azı 170 kilometr sürətlə hərəkət edən “İdai” tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417 nəfərə çatıb.
 Yenixeber.org: Bu barədə Mozambikin ətraf mühit naziri Celso Korreira bəyan edib. Onun sözlərinə görə, hazırda qasırğanın keçdiyi ərazlərdə, xüsusən də, Beira liman şəhərində vəziyyət olduqca kritikdir. 530 min sakini olan Beiranın və ətraf rayonların 90 faizi qasırğanın dağıdıcı təsirinə məruz qalıb. 

Bundan əvvəl ölənlərin sayının 217 nəfər olduğu bildirilirdi. 

Mozambikin prezidenti Filipe Nyusi isə bildirib ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı minə çata bilər. O, ölkəsinin çox böyük humanitar fəlakətlə üzləşdiyni deyib. 

Qeyd edək ki, ötən həftə “İdai” tropik qasırğası Afrikanın cənub-şərq sahillərində yerləşən Mozambik, Zimbabve və Malavi ölkələrində ciddi dağıntılara və itkilərə səbəb olub. Mozambikin qonşusu Zimbabvedə isə azı 98 nəfər ölüb, 217 insan itkin düşüb. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam