Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ombudsman əməkdaşları Xədicə İsmayılla görüşdülər

 

Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüblər.

"Xeberinfo.com": Bu haqda Azadlıq Radiosuna bu gün onunla görüşən vəkil Yalçın İmanov məlumat verib. Vəkilin dediyinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil:

«Aparat əməkdaşları onun kamerasına baş çəkib, saxlanma şəraiti ilə maraqlanıblar. Özünün heç bir narazılığı yoxdur. Ondan əvvəl həbs olunan siyasi məhbusları unutmamağı istədi. Dedi ki, əvvəlki həbslərə reaksiya lazımi səviyyədə olsaydı, sonrakı həbslər də baş verməzdi. Onunla bağlı verilən dəstək bəyanatlarına görə də minnətdarlığını bildirdi. Xədicə bildirdi ki, onun həbsi ilə əlaqəli işlər bağlı qapılar arxasında yox, açıq diplomatik fəaliyyətlə aparılmalıdır».

Vəkil bildirir ki, Xədicə İsmayılın əhvalı-ruhiyyəsi də yüksək səviyyədədir:

«Bütün dostlarına salam dedi. Hər kəsi möhkəm olmağa çağırdı.Dedi ki, həbsxana elə də qorxulu yer deyil».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam