Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentlə xanımı Şamaxı sakinləri ilə çay süfrəsi arxasında-FOTOLAR 

 

Prezidentlə xanımı Şamaxı sakinləri ilə çay süfrəsi arxasında - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.
 Yenixeber.org: Ölkə başçısı və birinci xanım əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evlə tanış olublar, sonra ev sakinləri ilə çay süfrəsi arxasında söhbət ediblər.



Daha sonra Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət edib, onları narahat edən məsələləri dinləyiblər.

Bundan əlavə, Prezident və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində yaradılan şəraitlə tanış olublar.



Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezidentlə birinci xanım həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlanıblar.

Daha sonra Şamaxı sakinləri ilə görüşüblər. Ölkə başçısı onların məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb. Dövlət başçısı sakinləri narahat edən məsələləri də dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

















 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam