Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bakı-Moskva avtobusunda ölən azərbaycanlıların siyahısı -Video

 

Azərbaycandan Moskvaya gedən mikroavtobus Stavropol ərazisində qəzaya düşüb.

Yenixeber.org: Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol Şəhər İdarəsindən informasiya yayılıb.

Məlumata görə, qəza qarşıdan gələn ZİL markalı yük maşınının hərəkət zolağından çıxaraq qarşı yola keçməsi nəticəsində olub. Toqquşma zamanı 6 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

***

Yaralılar Nevinnomıssk xəstəxanasına yerləşdirilib. Onların hamısnını Azərbaycan vətəndaşları olduğu bildirilir.

***

Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

Ölən və yaralıların hamısı Ağcabədi rayonundandır.

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur.

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam