Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan İƏT-i tədbirlər görməyə çağırıb-Ermənistana təzyiq göstərmək üçün

 

 

 Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri öz vətəndaşlarını Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfərlərdən çəkindirməyə çağırıb.

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı bildirib.

"İƏT-ə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT Xarici İşlər Nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır. Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan “İslam Mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri bundan çəkinməyə çağırırıq", - deyə o qeyd edib.

Nazir İƏT ölkələrini Ermənistanı təşkilat çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş müvafiq sənədlərə riayət etməyə məcbur etmək üçün müvafiq tədbirlər görməyə çağırıb:

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT “Təmas Qrupu”nun 2016-cı ildə Nyu-Yorkda keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda İƏT-in Baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək, bütün qrup üzvlərini İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İƏT-in müvafiq sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam