Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycan Prezidenti:Bu il 7 min adama yeni mənzil veriləcək

Azərbaycan Prezidenti: Bu il 7 min adama yeni mənzil veriləcək

Bu il 7 minə qədər məcburi köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə isə 800 mənzil veriləcək.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Bu yaxınlarda Əfqanıstan veteranlarının müavinəti də artdı - 220 manatdan 300 manata qalxmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik".

İlham Əliyev bildirib ki, məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək: "Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir".

Prezident vurğulayıb ki, şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilib: "Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam