Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda yeni zəlilər peydə oldu

Azərbaycanda yeni zəlilər peydə oldu

Azərbaycanda su hövzələrində ilk dəfə olaraq, 3 yeni zəli növü aşkar edilib.

Yenixeber.org: Bu barədə Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov Trend-ə bildirib.

Onun sözlərinə görə, ölkəmizin su hövzələrində “Erpobdellidae” fəsiləsinə aid olan zəli növlərinin - “Dina stschegolewi”, “Dina lineata” və “Dina cf. Farsa”nın olduğu müəyyən edilib.

M.Hüseynov bildirib ki, Azərbaycanda hirudofauna indiyə qədər öyrənilməyib:

“Ədəbiyyatlarda verilən məlumatlara görə isə hidrobioloji tədqiqatlarda indiyədək Azərbaycanın şirin sularında 15 növ, Xəzərdə 3 növ zəli qeydə alınıb. Bizim yeni tədqiqatlarımız “Dina stschegolewi” növünün Cənubi Qafqazda və Şimali İranda geniş yayıldığını göstərir. Bundan başqa, onun yayılma modelinin Qara və Xəzər dənizlərinin çay hövzələri ilə bağlı olmasını düşünürük”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam