Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Paşinyandan açıqlama: "İlham Əliyevlə gizli razılaşma yoxdur"

 

Paşinyan detalları açıqladı: "İlham Əliyevlə gizli razılaşma yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi 1,5 saatlıq qeyri-rəsmi görüşün bir çox detallarını açıqlayaraq, bu cür görüşlərin intensivliyi və danışıqların tam məzmununu erməni ictimaiyyətindən gizlətməsilə bağlı özünə qarşı yönələn ittihamları cavablandırıb. 
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, “Facebook”da canlı yayıma çıxan Paşinyan bildirib ki, İlham Əliyevlə keçirdiyi görüşlər və apardığı müzakirələr qeyri-rəsmi olduğundan, onlar danışıqlar prosesinin rəsmi başlanğıcı və ya rəsmi mərhələsi hesab edilmir. Onun sözlərinə görə, Əliyevlə bu cür görüşlərinin intensivliyi (sayca üçüncü dəfə) hər hansı beynəlxalq tədbirdə birgə iştirak halında tərəflərin təkbətək görüşlərdən yayınmayacaqlarına dair əvvəlcədən əldə olunmuş razılaşmaya əsaslanır. 

“Davosdakı tədbirin təşkilatları bizim hər ikimizin orada olmağımızı bilərək soruşdular ki: görüşməyə etiraz etmirsiniz ki? Biz də öz növbəmizdə vurğuladıq ki, etmirik. Və bu görüş, ən azı eyni məkanda olacağımız halda görüşlərdən qaçmayacağımızla bağlı razılaşmaya əsaslanır” – Paşinyan bildirib. 

İlham Əliyevlə apardığı danışıqların məzmununa gəlincə isə, Paşinyan vurğulayıb ki: “Mahiyyətcə, indiyədək keçirdiyimiz hər 3 görüşdə biz daha çox Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin tarixini müzakirə etmişik. Əlbəttə, nizamlanma imkanları, şərtlər və bu istiqamətdə hansı maneələrin olduğunu da müzakirə edirik. Yəni biz heç bir konkret detalı müzakirə etmirik, sadəcə fikir mübadiləsi aparırıq. Müzakirələrimizin mərkəzində elə ictimai formada bildirdiyim məsələlər dayanır. Bu mənada xüsusilə vurğulamaq istəyirəm ki, bəzi qüvvələr və xadimlər bizim cəmiyyətimizə münaqişə ilə bağlı hansısa pərdəarxası gizli razılaşmanın getdiyinə dair fikirlər təlqin etməyə çalışırlar. Amma heç bir gizli razılaşma ola bilməz. Hətta bu barədə düşünməyin özü belə absurddur.” 

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” beynəlxalq informasiya agentliyinin jurnalistinə açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan rəhbərliyi ilə tam formatda danışıqlar hələ olmayıb, lakin artıq bir neçə faydalı söhbət aparılıb. Azərbaycan prezidenti, həmçinin, bu istiqamətdə Ermənistan tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam