Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu yolda sıxlıq aradan qaldırıldı

 

Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yol ayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədi ilə svetoforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam