Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Bu günün hava proqnozu

 Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq. 

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 22-23-də Abşeronyarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır. 

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir. 

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir. 

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olması ehtimalı var. 

Mərkəzi Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə havanın dumanlı, çiskinli olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-12° isti olacağı ehtimal edilir. 

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 8-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam