Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

 

 

Avstraliya hökuməti Qərbi Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.

Yenixeber.org: SBS telekanalı xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison bildirib.

Morrison bununla yanaşı qeyd edib ki, Avstraliyanın bu ölkədəki səfirliyi hələlik Tel-Əvivdən köçürülməyəcək. Baş nazir həmçinin vurğulayıb ki, Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınması Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması imkanı yaradacaq və bu, Avstraliyanın Yaxın Şərqsiyasətində sülh müqaviləsi nəticəsində iki dövlətin yaradılması üçün mühüm addım olacaq.

O, Avstraliyanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən imtina edilməsini yüksək xərclərlə izah edib. Bu, ilkin hesablamalara görə, təxminən 144 milyon ABŞ dolları təşkil edə bilər.

Qərbi Qüdsdə Avstraliyanın əlavə konsulluğunun, ticarət və müdafiə məsələləri üzrə xüsusi bürosunun açılması nəzərdə tutulur.

Qeyd edək ki, mübahisəli ərazi səbəbindən Fələstin İsraili tanımaqdan imtina edib və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam