Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oxşar adlı mətbu nəşrlərin yaradılmasına icazə verilməyəcək

 

Azərbaycanda əvvəl təsis edilmiş digər mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə icazə verilməyəcək

"Xeberinfo.com": Milli Məclisdən  verilən məlumata görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Hazırkı qanuna görə, Azərbaycanda əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.

Dəyişiklikləri nəzərdə tutan yeni layihəyə görə, eyni adlarla yanaşı, oxşar adlı mətbu nəşrlərin də təsis edilməsinə icazə verilməyəcək. Bu məqsədlə qanun layihəsində "oxşar ad" anlayışı da tam şəkildə aydınlaşdırılıb. Oxşar ad əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən adlardır. Bununla yanaşı, əvvəllər uçota alınmış mətbu nəşrin adına simvol və ya simvolu ifadə edən söz əlavə edildikdə də, o, oxşar ad hesab olunacaq.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyev tərəfindən təqdim edilib. Dəyişikliklərin edilməsində məqsəd KİV sahəsində münasibətləri daha təkmil formada tənzimləməkdir.

Layihə dekabrın 16-da MM-də müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam