Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polisinin gizli xidməti ilə bağlı iddialara -Rəsmi münasibət

 

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib.

Yenixeber.org: İdarədən bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl televiziyalardan birinin efirində gedib:

“Hansı ki, həmin vaxt "Yol-patrul xidməti haqqında təlimat" və "Yol hərəkəti haqqında" qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə "Yol hərəkəti haqqında" qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Ximəti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib".

BDYPİ belə məlumatlar yayan KİV-lərə tövsiyə edir ki, bu tip məlumatları yaymazdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın:

"Sürücülərin diqqətinə bir daha çatdırılır ki, Azərbaycanda Yol Patrul Xidmətinin əməkdaşları xidməti qanunvericilik çərçivəsində aşkar şəkildə apara bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir”.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam