Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

MDB ölkələrinin DİN rəsmilərinin iclası başlayıb-Bakıda

 

Bakıda MDB ölkələrinin DİN rəsmilərinin iclası başlayıb
Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin kadr aparatları rəhbərlərinin növbəti iclası başlayıb.
Yenixeber.org: DİN-dən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qonaqları salamlayaraq iclasın işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsinə, maddi-texniki təminatın möhkəmləndirilməsinə və şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, xidmət keçməni, kadrlarla iş məsələlərini tənzimləyən qanunvericilik aktlarının və zəruri vəzifə təlimatlarının qəbul edildiyini diqqətə çatdırıb.



Şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi ilə bağlı sistemli tədbirlərin gerçəkləşdirildiyini qeyd edib, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin aidiyyatı xidmət rəhbərlərinin əməkdaşlığının iyirmi ildən artıq bir müddətdə uğurla davam etdiyini, peşəkar kadr korpusunun formalaşdırıldığını, bu potensialın möhkəmləndirilməsi sahəsində müsbət təcrübənin toplandığını və bundan səmərəli istifadə edildiyini vurğulayıb, habelə hazırkı iclasın müəyyən edilmiş hədəflərə çatmaq yolunda daha bir addım olacağına əminliyini ifadə edib. İki gün davam edəcək tədbirin gedişində nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq, iclasın yekununda müvafiq sənəd imzalanacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam