Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp bütün dünyanı TƏHDİD ETDİ:ABŞ-a pul ödəyin, ya da...

 

Tramp bütün dünyanı TƏHDİD ETDİ: ABŞ-a pul ödəyin, ya da...

Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə əlaqədar Fransanın paytaxtı Parisdə keçirilən tədbirlərdə iştirak edən ABŞ prezidenti Donald Tramp ölkəsinə qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid edib.

Yenixeber.org: Xarici media xəbər verir ki, Amerika lideri ABŞ-ın başqa ölkələrin müdafiəsi üçün yüz milyardlarla dollar xərclədiyini bildirib.

“Fransada ABŞ-la həm hərbi, həm də ticarət mövzusunda ədalətli davranılmadığı gerçəyini ortaya çıxarmaq asan olmadı. Digər ölkələrin qorunması üçün yüz milyardlarla dollar pul ödəyirik. Bu vəziyyətin davam etməyəcəyini söylədim. Bu vəziyyət hər zaman axmaq bir şəkildə ABŞ-ın əleyhinə oldu. Külli miqdarda pulu digər ölkələrin qorunması üçün xərclədik və qarşılığında heç bir şey almadığımız üçün ticarətdə itkilər yaşadıq. Bir çox zəngin ölkənin müdafiə olunması üçün ABŞ-a pul ödəməyin və ya özlərini müdafiə etməyin vaxtı gəldi. Ticarət sərbəst və ədalətli olmalıdır”, - Ağ Evin başçısı deyib.

Xatırladaq ki, Tramp daha əvvəl Rusiya və Çindən qorunmaq üçün Avropanın ABŞ-a bağlı olmayan öz ordusunun qurulması təklifi ilə çıxış edən Fransa prezidenti Emmanuel Makrona qarşı sərt açıqlamalar verib.

“Fransa prezidenti Makron “ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunun qurulmasının lazım olduğunu” bildirdi. Çox aşağılayıcı sözlərdir. Bəlkə Avropa əvvəlcə ABŞ-ın böyük dəstək verdiyi NATO-ya olan borcunu ödəsin”, - deyə Tramp bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam