Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 18 sahibkar marşrutlardan kənarlaşdırıldı

 

73216_res_01

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətindədir.

  "Xeberinfo.com": “Trend” xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir və nazirlik tərəfindən bu istiqamətdə müntəzəm şəkildə lazımi reydlər aparılır, lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb.

M.Pənahov bildirib ki, lakin təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılırlar. Pənahovun sözlərinə görə, son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb.

Nazir müavini deyib ki, ictimai nəqliyyatda rəqabətin artırılması üçün “Baku Bus” şirkəti yaradılıb ki, bu da ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də gətirib çıxaracaq: “Bu, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə imkan verəcək”.

“Baku Bus” şirkəti Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılıb. Onun üçün Fransanın “Iveco” şirkətindən “Crealis CNG” markalı 150 avtobus alınıb. Bu avtobuslar müasir ekoloji standartlara (Avro-6) cavab verir və qazla işləyir. Onlarda GPS sistemləri quraşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam