Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aprel qəhrəmanı: Azərbaycan Ordusunun 5 xarici dil bilən generalı -FOTOLAR


 

Bu gün Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Hikmət Həsənovun doğum günüdür

 Yenixeber.org: Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib. Orta məktəbdə oxuduğu vaxt mənfur düşmənin torpaqlarımıza təcavüzü Hikmət Həsənovun hərbçi olmaq fikrini qətiləşdirib.
Məktəbi bitirib 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilin yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. Daha sonra xidmətini Ağdamda "N" saylı briqadada aparıb. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.



2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə 1-ci bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda "N" saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuzistiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır. 
2005-2008-ci illərdə xidmətini Gəncədə "N" saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmən il Pirəküşküldə NATO ilə tərəfdaşlıq müqaviləsinə görə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk Azərbaycanlı hərbçi olub.
2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi verilib.



2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiri təyin olunub. Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboycəbhəsindəki döyüşləri idarə edib. Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik "Ohanyan müdafiə xətti"ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.



İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir. NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kursların keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam