Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vitse-spiker polisə şikayət etdiErmənistanda

 

    
Ermənistan parlamentinin vitse-spikeri aldığı təhdidlərdən polisə şikayət etdi
Ermənistan parlamentinin vitse-spikeri, “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlərin edilməsilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini çətinləşdirən qanun layihəsinin müəllifi Arpine Ovannisyan sosial şəbəkələrdə onun və ailəsinin ünvanına təhdidlər səslənməsilə bağlı polisə şikayət edib. 
 Yenixeber.org: Bu barədə Ovannisyan “Facebook”dakı səhifəsində bəyan edib. 

“Sosial şəbəkə istifadəçilərinin mənim və ailə üzvlərimin ünvanına müntəzəm şəkildə təhdidlər yazmasilə əlaqədar bu gün polisə şikayət ərizəsi verdim. Mən öz hüquqlarımı müdafiə etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinədək gedib çıxmağa hazıram” – Ovannisyan yazıb. 

Ermənistan parlamentinin vitse-spikeri onu da tələb edib ki, yerli KİV-lərin rəsmi səhifələrində sosial şəbəkə istifadəçiləri tərəfindən yerləşdirilən bütün təhdidlər silinsin. 

Qeyd edək ki, 2 oktyabrda Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olarsa səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Bundan hiddətlənən Paşinyan atılan addımı “əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və həmin gün tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. Və elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xəyanət edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərmana imza atıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam