Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Məmmədyarov Quterreşlə Qarabağdan danışdı

 

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.

E.Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlığını bildirərək onu 2019-cu iin iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib.

E.Məmmədyarov qeyd olunan görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam