Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda 58 təşkilata hava xəbərdarlığı göndərilir

 

Bakıda 58 təşkilata hava xəbərdarlığı göndərilir
"Təbii fəlakətlərin demək olar ki, əksəriyyəti hidroloji və meteoroloji hadisələr nəticəsində yaranır"
 Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bütün dünyada hava-iqlim proseslərinin həm insanların gündəlik həyatına, həm də dayanıqlı inkişafa təsiri ilə bağlı narahatlıq artır: "Buna görə də adekvat sosial və iqtisadi qərarların qəbul olunması üçün bu sahədə məlumatlılığın artması vacibdir. Xüsusən də təhlükəsiz və dayanıqlı dəniz və hava nəqliyyatında, effektiv enerji istehsalında, kənd təsərrüfatı və su ehtiyyatlarının idarə olunmasında, fövqəladə hallarda tədbirlərin planlaşdırılmasında və s. hava ilə bağlı məlumatlar və xəbərdarlıqlar əsas təşkil edir.

Təbii fəlakətlərin demək olar ki, əksəriyyəti hidroloji və meteoroloji hadisələr nəticəsində yaranır. Ətraf mühitə antropogen təzyiqlərin artması ilə kəskinləşən iqlim dəyişmələri fonunda yeni hava-iqlim və hidroloji problemlər yaranır. Atmosfer sirkulyasiyasında dəyişiklik baş verir, bloklaşdırıcı proseslər artır. Təhlükəli hidrometeoroloji hadisələrin həm sayı, həm də intensivliyi çoxalır".

U.Tağıyeva bildirib ki, ETSN-nin hidrometeorologiya xidməti, hava üzərində fasiləsiz müşahidələr aparır, proqnozlar və gözlənilən təhlükəli hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlar təqdim edir:

"Bəllidir ki, hər hansı bir təhlükəli hidrometeorloji hadisənin qarşısını almaq mümkün deyil, bütün ölkələr, onların inkişaf səviyyəsindən asılı olmayaraq təbii fəlakətlər qarşısında həssasdırlar. Fəsadları azaltmaq üçün inkişaf etmiş ölkələrdə müvafiq adaptasiya (uyğunlaşma) tədbirləri həyata keçirilir və bu öz bəhrəsini verir. Bu baxımdan, hidrometeorologiya xidmətlərinin əsas vəzifəsi qabaqcadan xəbərdarlıqların verilməsi ilə təhlükəli hidrometeoloji hadisələr nəticəsində baş verə biləcək itkilərin minimuma endirilməsindən ibarətdir. Əsasən də o sahələrdə ki, onların fəaliyyəti sırf hava şəraiti ilə bağlıdır".

Nazirlik rəsmisi qeyd edib ki, gündəlik hava proqnozları ilə yanaşı təsdiq olunmuş plan-sxem əsasında sinoptiklər tərəfindən xəbərdarlıqlar Bakı şəhəri üzrə 58 müvafiq təşkilatlara göndərilir: "Eyni zamanda 6 regional hidrometeorologiya mərkəzləri tərəfindən xəbərdralıqlar yerli icra strukturlarına və rayonlarda müvafiq təşkilatlara ötürülür. Bununla yanaşı nazirliyin saytında yerləşdirilir, televiziya və radiolara, saytlara təqdim olunur. Xəbərdarlıqlar telefonoqram, faks və internet vasitəsi ilə ötürülür. Məqsədimiz təqdim olunan proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə yanaşı əhatə dairəsini genişləndirmək və daha cəlbedici formatda əhaliyə çatdırmaqdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam