Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev Putinlə cüdo yarışlarına baxıb -FOTOLAR (Yenilənib)

 

İlham Əliyev Putinlə cüdo yarışlarına baxıb - FOTOLAR (Yenilənib)
Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.



Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası oldu. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar Azərbaycan komandasının 5:1 hesablı üstünlüyü ilə başa çatdı. Dörddəbir finalda Yaponiya komandasına 2:4 hesabı ilə məğlub olan millimiz təsəlliverici görüşlərə qatıldı. Bu mərhələdə Niderland komandasına 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medallar uğrunda həlledici görüşə vəsiqə qazandı.



Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi-57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi-70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi-73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi-90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.



Dörddəbir finalda Almaniya millisi ilə qarşılaşan Rusiya komandası rəqibini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa idmançılarına məğlub olan Rusiya cüdoçuları üçüncü yerlə kifayətləniblər. Yarışlardan sonraPrezident İlham Əliyev Azərbaycan idmançıları ilə görüşdü.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam