Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandakı erməni ailəsini heç bir ölkə qəbul etmək istəmir

Azərbaycandakı erməni ailəsini heç bir ölkə qəbul etmək istəmir

 

 

          “Azərbaycanda olan erməni ailəsinə qarşı beynəlxalq humanitar hüquq normaları əsasında davranılır”.
"Xeberinfo.com": APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib. 
F. Sadıqov bildirib ki, Azərbaycan tərəfi həmin ailəni 4 ildir ki, qaçqın kimi saxlayır: “O insanlar öz ölkələrindən baş götürüb qaçmaq istəklərini əvvəldən bildiriblər. Onların saxlama şəraitindən ictimaiyyətin, mətbuatın məlumatı var. Onların üçüncü ölkəyə getməsi bizim komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid deyil. Bu məsələ ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan üzrə nümayəndəliyi məşğul olur. Lakin onu deyə bilərəm ki, onları qəbul edəcək ölkə hələ ki, tapılmayıb” . 
Qeyd edək ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər və üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam